Şou-biznes

Keçmiş arvadı Nazpərinin oğluna xəyanət edib?

7 Oktyabr 2021 17:18
2 Şərh     Baxış: 3 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əlinin şəxsi həyatı ilə bağlı sirrləri açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "1 dəqiqə" verilişində qonaq olan müğənni övladının uzun müddət əvvəl boşandığını deyib. Bildirilib ki, oğlu Əliyə xəyanət edilib:

"Əlinin ailəsində problem oldu, onlar boşandılar. Qisas yoxdur, bu haqda danışmaq istəmirəm. Səbəbsiz heç nə olmur. Tamerlanım (nəvəsi - red.) var... Əli dedi, ana, haqqını mənə halal et. Bilirdi daxilən əzab çəkirəm. Tamerlanı sənə tapşırıram, onu heç kimin, hətta anasının əlində qoyma. Mən körpə övladı anasından ayırmaram. Böyüyüb gəlib nənəsini tapacaq".

Proqramda bildirilib ki, gəlini Tamerlanı ona vermək istəyir. Bu haqda deyilənə Nazpəri "Verməyib nə edəcək? Verməyə bilər, ana olasan gərək..." cavabını verib.  

Bacısı Zeynəb Dostəliyeva isə "Qisas qiyamətə qalsın" sözlərini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.