Şou-biznes

Mərhum müğənninin hələ də yerinə yetirilməyən vəsiyyəti

26 Sentyabr 2021 04:04
0 Şərh     Baxış: 2 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Zeki Mürenin bacısı oğulları Sevtuğ Olqaç və Özlem Güner mərhumun ölüm ildönümündə onla bağlı bəzi məqamları açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar Müren üçün söz verilən məzar abidəsinin edilmədiyini deyiblər.

Dayısının ölümündən 25 il keçsə də, acısının bitmədiyini deyən Sevtuğ "Hər ölüm ildönümündə önə çıxardığm məsələ odur ki, mirasını xeyriyyə işinə buraxdı. Bir vaxtlar onu bizə vəsiyyət etdiyi və bizim istəmədiyimiz durumdayıq. Amma onun ölümündən 1 ay əvvəl belə bir arada idik. Hər şeyi danışmışdıq. Onunla bağlı edilən işlərdə bizdən icazə alınmır. Zeki Mürenin həyatından bəhs edən "Sənət günəşi" adlı film çəkmək istəyirlər. Bizə bir dəfə belə soruşmadılar. Həm bələdiyyə rəhbərləri, həm də Bursadakı önəmli şəxslər onun xatirə abidəsinin ucaldılacağı demişdi. Onun məzarı da ora aparılacaqdı. Buna görə də biz dayımızı tabutda dəfn etdik. Həmin xatirə məzarı hələ də düşəldilməyib" söyləyib.

O bildirib ki, dayısına verilən söz hələ də tutulmayıb. Sevtuğ dayısının muzeyinin də hazırlanmadığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.