“Atam anama görə filmdəki yataq səhnəsindən imtina etdi, əks halda...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün çox sevinirəm ki, atam daim xatirələrdə yaşayır, unudulmur. O o qədər yardımsevər, xoşxasiyyətli biri idi ki, bunu özünün oynadığı "Bizim Cəbiş müəllim" filmindəki müəllim obrazı ilə göstərə bilib. Onu da deyim ki, Cəbiş müəllimlə atam arasında çox oxşarlıq var. Heç kimin xətrinə dəyməzdi. Həmişə mənə deyirdi ki, qızım, çalış hamıya yaxşılıq et, yaxşılıq edə bilmirsənsə pislik də etmə. Bu onun həyat devizi idi. Məndə incəsənətə, ədəbiyyata həvəsi də uşaqlıqdan atam yaradıb. 18 il bitirdiyim APİ-də pedoqoji fəaliyyətdə olmuşam"
Milli.Az xəbər verir ki, bnu moderator.az-a açıqlamasında Xalq artisti, "Bizim Cəbiş müəllim" filminin baş qəhrəmanı Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. O daha sonra əlavə edib.
"Rejissor Həsən Seyidbəyli Cəbiş müəllim obrazının sınaq çəkilişlərinə bir neçə aktyoru dəvət etməli olub. O Rza Təhmasib ilə atam arasında seçim edə bilmirdi. Son məqamda üstünlük atama verilir və bu obraza atam çəkilir. Hətta filmin ikinci rejissoru atama "səni baş rola çəkirik deyib". Atam buna öncə razı olmayıb. Səbəbini isə belə izah edib ki, "məni neçə dəfə aldadıblar ki, səni baş rola çəkirik, amma sonunda çəkməyiblər. Baş rol istəmirəm, epizod varsa gəlib çəkilim". Daha sonra Həsən Seyidbəyli atama zəng edib və "dur gəl, sənin nə işin var, mən səni Cəbiş obrazına çəkəcəyəm" deyib. Filmdə Cəbiş müəllim sürəti ona görə real alınıb ki, o özünü oynayırdı. Həyatda da həmin xarakterdə idi. Necə ki, kinoda Şəfiqə xanımdan çəkinirdi, evdə də anamdan çəkinər, ona böyük hörmət edərdi. Anam zəhmli, sərt qadın idi. Evdə də onun sözü keçirdi, bu da yəqin ki, atamın anama qarşı olan sevgisindən qaynaqlanırdı. Atam anamı böyük məhəbbətlə sevib və son günə qədər də ona bağlı və sadiq olub. Hətta atam anamı itirəndə ona dedi ki, Leyla, gözlərini aç, məni hara qoyub gedirsən? Bu çox dəhşətli bir mənzərə idi. Anamdan sonra atam elə hey ağlayırdı. Baxmayaraq ki, teatrda rolları var idi, təsəlli yeri var idi, amma sakitcə oturub fikrə gedərdi. Anamın şəkili ilə söhbət edirdi, şəkilini böyütdürüb başının üstündən asmışdı. O vaxt belə sevgilər olub, insanlar bir-birinə qəlbən bağlı idi" deyə aktyorun qızı bildirib.
Sevil Ələsgərova deyir ki, atası anasına görə "Bizim Cəbiş müəllim" filmində bir neçə səhnəni rejissordan dəyişdirməyi xahiş edib.
"Atam bu obraza özündən əlavə ştrixlər əlavə etmişdi. Filmdə belə bir səhnə var ki, Cəbiş üzünü qırxarkən arvadı yataqdan durub onu arxadan qucaqlayır və pul qazanmağın yolları haqda söhbət açır. Ssenari üzrə bu səhnə başqa cür çəkilməli idi, yəni ər və arvad yataqdan uzanmış şəkildə söhbət etməli idilər. Anam da atamı çox sevirdi və onun belə səhnədə çəkilməsi evdə heç də xoş qarşılanmazdı. Atam rejissor Həsən Seyidbəyliyə xatırladıb ki, əvvəla Cəbiş müəllimdir. Onun arvadı ilə bir yataqda göstərilməsi düzgün olmazdı. Bu sözdən sonra Həsən Seyidbəyli atamı qucaqlayıb öpüb və "bu mənim heç ağlıma da gəlməmişdi" deyib. Daha sonra bu səhnə atamın dediyi kimi çəkilib" deyə aktyorun qızı əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
XƏBƏR LENTİ
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)





