Şou-biznes

Manaf Ağayevdən dəbdəbəli mərasim - VİDEO

31 Avqust 2021 15:44
12 Şərh     Baxış: 18 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri qatılıblar. Gecədən görüntülər sosial şəbəkədə yayımlanıb.

Ağayevin qız nəvəsi dünyaya gəlib. Körpəyə Jasmin adı qoyulub. Məclis Jasminin dünyaya gəlməsinin 40 günü münasibətilə keçirilib.

Qeyd edək ki, Manaf Ağayevin Səmayyə adlı bir qızı, Elçin və Müşviq adlı iki oğlu var. İfaçının böyük oğlu Elçin 2017-ci ildə ailə qurub. Onun Manaf adlı bir oğlu var. Müğənni pandemiya ərəfəsində kiçik oğlu Müşviqi nişanladığını, onun toyuna hazırlaşdığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.