Şou-biznes

Xoşqədəm hansı kanalda işləyəcək?

30 Avqust 2021 12:09
15 Şərh     Baxış: 12 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı "Xəzər" TV ilə yollarını ayırandan sonra işsiz qalıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, komandası ilə birlikdə "Xəzər"i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib. 

Onun ARB-yə keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, sonradan təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumatlı şəxsin sözlərinə görə, "Səni axtarıram"ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqdəmən Hidayətqızı ilə əməkdaşlıqdan imtina ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.