Şou-biznes

Evini satışa çıxaran Xalq artisti Mayamidə - FOTO

17 Avqust 2021 08:36
7 Şərh     Baxış: 7 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Məleykə Əsədova Mayamidə dincəlir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dincəlmək üçün Mayamiyə üz tutan sənətçi istirahətindən görüntüləri öz "Instagram" profilində paylaşıb.

Xalq artistinin qızı ilə birgə paylaşdığı şəkillər diqqət çəkib. 

Qeyd edək ki, Məleykə Əsədova bir müddət əvvəl mətbuata açıqlamasında evini satışa qoyduğunu və müştəri tapa bilmədiyini bildirib. O, bununla bağlı yaşadığı ərazidə yerləşən vasitəçiyə müraciət də edib. "Makler" həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşıb. Evi satan vasitəçi Miri adlı şəxs satış qiymətinin 3 milyon manat olduğunu deyib: "Qiymətdən çox düşə bilməyəcəyik. Amma endirim olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.