Şou-biznes

Nəsrin Cavadzadədən evlilik açıqlaması

8 Avqust 2021 10:59
0 Şərh     Baxış: 1 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Nəsrin Cavadzadə sevgilisi aktyor Gökhan Alkanla evliliyi ilə bağlı sualları cavablayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa haqlarında çıxan məlumatları təəccüblə oxuduğunu bildirib. O, Türkiyədə davam edən yanğınların fonunda evliliyi ilə bağlı danışmaq istəmədiyini də vurğulayıb:

"Biz də detalları qəzetlərdən oxuyuruq. Nişan baş tutub. Çox sevdiyim dostlarımız da var idi. Mənim üçün sürpriz oldu.

İnsanlar yanğınla mübarizə apararkən bu mövzuları danışmaq məni kədərləndirir. Yaşadığım bütün sevinclərin üstündə bir kölgə var. Çox kədərliyəm. Belə bir dövrdə toydan danışmayaq".

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Bu yaxınlarda Gökhan Nəsrinə evlilik təklifi edib. Aktrisa sevgilisinə "hə" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.