Şou-biznes

“31 günə 33 toyda oxumuşam” - Müğənni karantin toylarından danışdı

5 Avqust 2021 18:30
0 Şərh     Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elə yetəni dəvət edirlər ki, nə var-nə var, 100 manat pul salsınlar, ordan 40-50 manat toy sahibinə qalsın. Bu iş deyil axı. Mən az adamla toy olmasının tərəfdarıyam".

Milli.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a karantin şəraitində keçirilən toylarla bağlı danışan Əməkdar artist Cavanşir Məmmədov deyib. 

Sənətçi məclisin şən keçməsinin müğənnidən birbaşa asılı olduğunu qeyd edib:

"İndi toyların 150 nəfərlə keçirilməsinə etiraz edənlər xatırlasınlar ki, elə əvvəllər də toylar 150-160 nəfərlə olub. 30 il bundan əvvəl 700 nəfərlik toy yox idi. Bu gün isə dövlətin tələbi var, nə deyilirsə, ona tabe olmaq lazımdır. Pandemiya şəraitini mütləq nəzərə almalıyıq.

İkincisi, müğənni toyu yaxşı idarə edə bilirsə, toyda 50 nəfər də olsa, məclis şən keçər. Bu, müğənninin səriştəsindən birbaşa asılıdır. Yoxsa aləm qarışsın bir-birinə, 50-100 nəfər ortada oynasın, sən də nə istəyirsən oxu, bu iş deyil. Yaxşı sənət az adamla da toyu idarə edə bilməkdir. Məclisdə adam az olanda əsl sənət ortaya çıxır. 150 nəfərlə toylar çox gözəldir, həm sakitlik olur, həm kimi çağırdığını bilirsən, artıq-əksik danışan, normadan artıq içib özünü apara bilməyən qonaq olmur, yalnız yaxın qohumlar, tanışlar təşrif gətirir. Yoxsa elə yetəni dəvət edirlər ki, nə var-nə var, gəlib 100 manat nəmər salsın, ordan 40-50 manat toy sahibinə qalsın. Bu iş deyil axı. Mən az adamla toy keçirməyin tərəfdarıyam".

Cavanşir Məmmədov karantindən sonrakı toylarda azalma müşahidə etmədiyini bildirib:

"Hazırda həm 50, həm 150 nəfərlik toylar keçirilir. Sayda azalma görmürəm, amma müğənni çoxdur, əlinə mikrofon götürən qaçır oxumağa. Bilirsiniz, bizim sənəti çox asanlaşdırıblar, halbuki çox məsuliyyətli işdir. Allah qoysa, oxuya bilməyənlər süzgəcdən keçəcək". 

Müənni ötən günləri də xatırlamağı unutmayıb: "O vaxt mən 31 günə 33 toyda oxumuşam. Gündüz saat 12-dən axşam 5-ə qədər. Sonra da 6-dan gecəyə qədər. Elə olub ki, iki yerdə aparat qurdurmuşam. Həmin ayın təqvimi, toy yiyələrinisiyahısı hələ də məndə qalıb. Toy sahiblərindən biri rəhmətlik İsmət Qayıbov idi, onun övladının toyunda oxumuşdum".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.