Toya gedən hansı müğənnilər vaksin vurdurub? - SORĞU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verilir. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edənlərin peyvənd olunmasıdır.
Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur.
Maraqlıdır, toyların sevimli qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?
Milli.Az xəbər verir ki, modern.az saytının əməkdaşı bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.
Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyib: "Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam".
Nazənin Salayeva sualımızı cavablandırmaqdan yayınaraq, bu barədə danışmaq istəməyib.
Mətanət Əsədova isə "Mənə sənətimlə bağlı sual verin", deməklə kifayətlənib. Həmkarlarından fərqli olaraq, müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır: "Vaksin olunmuşam, amma hansı vaksin olduğunu bilmirəm".
Vasif Məhərrəmli Pfizer vaksinindən istifadə etdiyini bildirib: "Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan Pfizer vaksinindən istifadə etmişəm".
Xalq artisti Gülyanaq Məmmədova isə Çinin "SinoVac" peyvəndinə üstünlük verdiyini vurğulayıb. "Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. "SinoVac" vaksinindən istifadə etmişəm".
Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır: "Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
XƏBƏR LENTİ
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi





