Şou-biznes

Müğənni paylaşımı ilə həmkarına "sataşdı"

2 Avqust 2021 10:28
2 Şərh     Baxış: 2 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktrisa və aparıcı Seren Serengil küsülü olduğu müğənni Gülben Ergenə "söz atıb".

Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa şəxsi "Instagram" səhifəsində sellülitə qarşı krem reklam edərkən müğənninin fotosunu paylaşıb.

Belə ki, S.Serengil G.Ergenin olduğu bilinən, ancaq üzü görünməyən şəkli paylaşaraq, altından "Artıq dərəcədə portağal görünüşü, yağ bağlamış, sallanıqlıq olan bütün ayaqlarda çox təsirli sellülit kremimi mütləq yoxlayın" şərhini yazıb.

Aktrisanın bu paylaşımı sosial media istifadəçilərinin də diqqətini çəkib.

Müğənni ona edilən eyhama hələ ki cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.