"Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb, elə şey olar?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Pərvin Abıyevanın mərhum rejissor Şahin Zəkizadə haqda dedikləri cavabsız qalmayıb.
Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə axşam.az-a açıqlama verərək aktrisanın dediklərinə cavab verib. Səbinə bildirib ki, Pərvinin dedikləri gerçək deyil:
"İlk əvvəl onu demək istəyirəm ki, ölmüş insanın arxasınca danışmaq, onunla gündəmə gəlmək nə dərəcədə düzgündür? Şahinlə neçə il evli olmuşuq. Pərvin həm Şahinin dostu, həm də mənim rəfiqəm olub. Şahinin ilk evliliyindən bir qızı, mənimlə nikahından oğlu var. Ölmüş insanla reklam etmək düzgün deyil. Bu adam subay olmayıb ki, arxasınca bu cür danışır. Şahin sevdiyi insanla ailə həyatı qurdu. Çox söz deyərdim, amma lazım bilmirəm. Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb. Elə şey olar?".
Səbinə Pərvinin "Ölsəm bağışla" şeirini mənə yazmışdı" sözlərinə isə "Həmin şeir heç vaxt ona hitab edilməyib. Biz Şahinlə həm yaxşı, həm pis gündə bir yerdə olduq" reaksiyasını verib.
S.Zəkizadə bildirib ki, Şahin xəstəxanada olanda Pərvin cəmi bir dəfə ona baş çəkib:
"Şahin 2017-ci ildə dünyasını dəyişdi. Niyə durub 4 il sonra açıqlama verir? Onun sözündən belə çıxır ki, bütün kişilər bunun üçün ölür, amma o, heç kimi sevmir. Şahin xəstəxanaya düşəndə bircə dəfə Kənan M.M.-lə gəldilər. Bir də dünyasını dəyişəndə, başqa gəlməyib".
"Səbinə Pərvinin "Onları mən tanış etmişəm" sözlərinə əsəbiləşib:
Şahinlə bu aləmdən tanış idik. Serial çəkirdi, Pərvini çağırmışdı. "oğurlanmış arzular" serialında Pərvinlə bir idik. Sonra Pərvin dedi ki, Şahin film çəkir, sən də gəl. Belə olub. Bizi tanış etməyib".
Hazırda Türkiyədə yaşayan Səbinə Azərbaycandan köçməsinin səbəbini açıqlayıb:
"Şahin dünyasını dəyişəndən sonra Bakıdan köçdüm ki, söz-söhbətlərdən uzaq olum. Övladımla rahat yaşayıram. Seyid Əli 6 yaşındadır, məktəbə hazırlaşır. Vətəndən getdim ki, kimsənin gözünə girməyim. Deməsinlər, filankəsin yoldaşı belə etdi.
Buradan proqramlara da səslənirəm ki, Şahin Zəkizadə adından istifadə etməsinlər. Pərvinə suallar verilib, o da cavab verməyə bilərdi. 500 manata görə nə ilə efirdə reklam qazanırlar. Proqramdakıları günahlandırıram, buraxın insan rahat yatsın. Şahinin adını kimdəsə eşitsəm, başqa cür cavab alacaqlar. Şeirlərini də istifadə etmələrinə qadağa qoyuram".
Qeyd edək ki, Pərvin Abıyeva Şahin Zəkizadə haqda "Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm bağışla" şeirini mənə həsr etmişdi" sözlərini deyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
XƏBƏR LENTİ
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər





