Şou-biznes

Azərbaycanlı məşhur qadın müğənni özünü öldürmək istədi: Heç bir kişi məni... - FOTO

13 İyul 2021 10:15
6 Şərh     Baxış: 30 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mətanət Əsədova "Zaurla Günaydın" verilişində etdiyi açıqlamalarla hər kəsi təəccübləndirib.

Milli.Az xəbər verir ki, müğənni 1 ildir səsi batdığı üçün yaşadığı çətin günlərdən danışıb. Mətanət səsi batdığı üçün özünü öldürməyə cəhd etdiyini də deyib:

"Elə bil ki, 1 ildir, il yarımdır mən ölmüşəm. Evdə sözümü qələmlə yazıb deyirdim. Səsim ümumiyyətlə çıxrmırdı. Çox pis xəstə yatdım. Neçə dəfə istədim özümü öldürüm. İnan ki, çıxdım neçənci mərtəbədən özümü atıb, öldürüm. Dedim ki, ya səsim düzəlsin, ya ölüm. Mən istəmirəm desinlər ki, bu kiminsə xanımıdır, yoldaşıdır, ailəsidir. Mən ata evində o qədər görmüşəm ki, məni bu həyatda qarşıma çıxan heç bir kişi təəccübləndirə bilməz. Onlar nə atam kimi, nə qardaşım kimi məni təəccübləndirə bilməz. Nə kişi kimi kişi olaraq, nə də düzgün insan olaraq...". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.