Şou-biznes

Dünya şöhrətli model tikintidən modelliyə gedən yoldan danışdı - FOTO

13 İyul 2021 09:49
0 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tikintidə işləyəndən sonra modellik karyerasına başlayan və bununla da dünyada şöhrət qazanan Nadejda Lertulo bu sahəyə necə gəldiyini danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nə qədər təzadlı olsa da, onun modellik sahəsinə yönəlməsinə işlədiyi yerdə müştərinin vicdansızlığı kömək edib. Belə ki, kişi təmir xərclərini uzun müddət təxirə salıb, bu isə onu çətin vəziyyətdə qoyub.

"Mən ev almaq istəyirdim və bu məbləğə ümid bəsləyirdim. O isə pulumu verməyi uzun müddət gecikdirirdi. Birdən özümə dəyər vermədiyimi anladım. Digərləri ağıllı, yaradıcı olduğumu, başqalarının puluna qənaət edə bildiyimi, yaxşı işlədiyimi, işimə diqqətlə yanaşdığımı söyləyirdilər. Niyə özümə belə davranırdım? Sonra rəssam olan rəfiqəm və müştərim mənə görünüşümə görə "Lumpen" model agentliyinə getməyi tövsiyə etdi. O, qeyri-adi görünüşə malik olanların orada uğurlu model olduğunu dedi", - deyə Lertulo xatırlayır.

Qadının şəkilləri agentliyə göndərilən kimi dərhal kastinqə dəvət edilib.

Modelin sözlərinə görə, ABŞ-da və Avropada Rusiyadan fərqli olaraq insan müxtəlifliyi çoxdan norma kimi qəbul edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.