Şou-biznes

Mətanət Əliverdiyeva indi də "Xəzər TV"də işləyəcək

9 İyul 2021 17:18
1 Şərh     Baxış: 1 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Mətanət Əliverdiyeva bu dəfə "Xəzər TV"də çalışmağa başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Gəzək bişirək" adlı proqrama aparıcılıq edəcək. Veriliş mövzusu isə mətbəx olacaq.

Əliverdiyeva həm gəzəcək, həm də fərqli yeməklərin hazırlanmasını təqdim edəcək. "Gəzək bişirək" şənbə günü efirə gedəcək.

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra "Space"də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı MTV-də fəaliyyətini davam etdirirdi. O, "6/8 axşam şousu" adlı verilişə aparıcılıq edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.