Şou-biznes

Məşhur müğənninin son vəziyyəti açıqlandı: Ümid var

7 İyul 2021 09:14
1 Şərh     Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı məşhur müğənni MakSimin (Marina Maksimova) vəziyyəti ağır olaraq qalır və ulduz süni yuxuda ikən həkimlər onun orqanizmində yeni dəyişikliklər aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir neçə həftə xəstəxanada yatdıqdan sonra 38 yaşlı Marina Maksimova ikinci dəfə döş qəfəsi müayinəsi edilib.

Tomoqrafiyanın nəticələrinə görə əvvəllər görünən ocaqlar azalmayıb, əksinə xeyli çoxalıb.

Mənbələrə görə, ulduzun ağciyərlərində açıq əlamətlərlə ilkin mərhələdə olan yeni dəyişikliklər meydana çıxıb.

Həkimlər onun yaxşı olacağına inanmağa davam edir və onu xilas etmək üçün əllərindən gələni edirlər. Maksimovanın rəsmi nümayəndəsi Marqarita Sokolova da təslim olmaq istəmir və yaxşı bir nəticəyə ümid edir:

"Onun vəziyyətinin və şurunun sabitləşdiyini demək hələ tezdir. Ancaq ümid var".

Qeyd edək ki, artıq üç həftədir həkimlər MakSimin həyatını xilas etmək üçün çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.