Şou-biznes

Məni təhqir etdi, mən də cavab verdim - Qalmaqal

23 İyun 2021 15:12
1 Şərh     Baxış: 2 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Afət Fərmanqızı Xalq artisti Brilliant Dadaşova ilə aralarında qalmaqal yaşandığını bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  sənətçi bu haqda "7 Canlı" proqramında danışıb. Afət ona ünvanlanan "Kaş aranızda soyuqluq olmazdı" sualını Dadaşovaya aid etdiyini deyib.

İfaçı bildirib ki, mübahisəyə səbəb onun qalmaqallı "Pencu şeş" mahnısı olub:

"Brilliant xanımın sənətini sevirəm. Məlum mahnı ilə bağlı qalmaqalda bilmədi söhbət nədən gedir. Onu səhv məlumatlandırdılar. Dedilər, guya mən tənqid edəni təhqir edirəm. Yox, tənqid deyildi. Məni təhqir etdi, mən də cavab verdim. O, söhbəti yayımlamadım. Kim istəyirsə, jurnalistlər mənimlə əlaqə saxlasın. Ona həmin təhqirləri verim. Yayımlamasınlar, amma görsünlər o təhqiri".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.