Şou-biznes

Aybəniz Haşımova aparıcılıq edəcək

19 İyun 2021 11:49
Baxış: 2 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova yenidən aparıcılıq fəaliyyətinə başlayacaq.

Milli.Az xəbər verir ki, bu haqda sənətçi şəxsi "Instagram" hesabında bildirib. Haşımova yeni layihəsini gənc ifaçı Nicat Mənsimovla birlikdə reallaşdıracaq:

"Verilişim maarifləndirici, musiqili və əyləncəli tərtibatda olacaq. Çalışacağıq ki, insanların maraq dairəsinə uyğun olsun. Onlar bu layihədən zövq alsınlar. Proqram zamanı aşpazlıq məharətimi də göstərəcəm.

Verilişin adı "Aybəniz nicat tapar" olacaq. Musiqili və əyləncəli proqram "Youtube"da yayımlanacaq".

Qeyd edək ki, Haşımova sonuncu dəfə bir neçə il əvvəl "Xəzər" kanalında yayımlanan "Zərif qol saatları" proqramının aparıcısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.