"Ayıb olsun, yanımda başı aşağıdır" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Vəfa Şərifova həmkarı Mənzurə Musayeva haqqında qalmaqallı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən V.Şərifova M.Musayevanın "Duet oxuyanlar bir-biri ilə sevgilidir", - sözlərinə münasibət bildirib:
"Mən Aqşin Fatehlə, İfratla duet oxumuşam. Heç kim mənə o sözü deyə bilməz. Ayıb olsun, o sözü deyənlərə. Ayıbdır, insan o sözü necə dilinə gətirə bilər ki? Ümumiyyətlə, adam ümumi danışmamalıdır. Mən heç zaman ümumi danışa bilmərəm. Üç-beş adam belədirsə, hamı elə deyil.
Mən Tacir Şahmalı oğlu ilə də sevgili olmamışam. Mən onun tələbəsi olmuşam. O mənə sənət verib.
Gündəmə gəlmək üçün axırıncı yollara əl atırlar. Beş günlük gündəm üçün kiminsə qəlbini niyə qırırsan? Məni bu şou aləmində heç kim susdura bilməz. Bu şou-biznesdə hamının yanında başım dikdir. Amma çoxlarının mənim yanımda başı aşağıdır".
Qeyd edək ki, M.Musayevanın "Duet oxuyanlar bir-birləri ilə sevgilidir" açıqlamasına görə Manaf Ağayevlə də aralarında qalmaqal olmuşdu.
Lent.az-a açıqlamasında M.Ağayev həmkarı haqda bu sözləri demişdi:
"Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Quru paxlalıların qurdlamaması üçün 3 əsas qayda
-
Badımcan çığırtması resepti
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti





