Şou-biznes

Aqşin Fateh hansı məşhur müğənni ilə sevgili olub? - VİDEO

9 İyun 2021 11:04
Baxış: 3 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı Aqşin Fateh olub.

Milli.Az xəbər verir ki, məşhur meyxanaçı tanınmış xanım müğəninin ona eşq elan etdiyini deyib:

"Qadın müğənni mənə sevgi etirafı edib. Məndən ciddi qarşılıq gözləyib. Subay, cavan oğlanam, onunla oynaya bilərdim. Amma ona səmimi olaraq dedim ki, müğənni xanımla ailə qurmaq istəmirəm. Mənə sual verdi ki, niyə, ifaçı olmaq qəbahətdir? Bildirdim ki, sözümdən incimə, şəxsiyyətinə hörmətim var, lakin alınmaz. O xanım sənətini atmaq istəyəcək biri deyildi. Evlənsək belə bir müddət sonra səhnə üçün, tamaşaçılar üçün darıxıb geri dönmək istəyə bilərdi. Mənsə sevdiyim xanımı insanlarla paylaşa bilmərəm. Çox qısqanc insanam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.