Şou-biznes

"İndi sənətdən bixəbərlər efirdədir"

4 İyun 2021 19:12
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Əliqızı illərdir küsülü olduğu keçmiş duet ortağı, Xalq artisti Səməd Səmədovu bağışlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Birə-bir" verilişində qonaq olarkən danışıb. Bir müddət əvvəl S.Səmədovla heç vaxt bir araya gəlməyəcəyini, onu bağışlamayacağını deyən S.Əliqızı fikrini dəyişdiyini söyləyib:

"Duet oxumaq fikrim yox idi. Pandemiyada nə qədər adam itirdik. Ona görə də kin saxlamaq istəmirəm. Küsülülük saxlamaq olmaz. Pandemiya dərs oldu. Gərək dost olaq, yaxın olaq. Əgər oxumuşuqsa, lazım gəlsə, yenə oxuyacam. Əmr yox, xahiş etsə oxuyacam".

Müğənni sənət adamlarının sənətdən küsməsindən, efirə çıxamamsından bəhs edib:

"Elə insanlar efirdə görünür ki, deyirik bunlardı dəyərli? Baxırsan, deyirsən bunlara dəyər verilir? Biz də küsürük. Deyirik, biz vaxtında böyük səhnələrdə, dövlət tədbirlərində olmuşuq. İndi sənətdən bixəbərlər efirdədir".

Qeyd edək ki, Sevda və Səməd illər əvvəl duet ortağı olub. Sonra Səmədov Sevdanın yaşlandığını söyləyərək, başqa duet ortağı axtarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.