Şou-biznes

Şəbnəm Tovuzlu sosial şəbəkələrdən ünvanlı çıxışlar edənləri də qınadı - VİDEO

17 May 2021 13:24
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Milli.Az Müğənni sosial şəbəkələrdən ünvanlı çıxışlar edənləri qınadı:

"Allah bəlasını versin sosial şəbəkələri yaradanların. Sənin əgər mənə sözün varsa, nömrəmə zəng et. Denən ki, bacı, sən bunu düz etməmisən. Lap telefonda bir-birimizə artıq-əksik deyək, bizim aramızda olsun. Bu artıq Şəbnəmlə dava deyil, bu insanlara özünü olduğun kimi göstərməkdir. Nə verirlər əlinə? Qaş düzəltdiyin yerdə, vurub göz çıxarırsan. Kim olduğun ortaya çıxır. Sənin iç üzün budur. Şou biznesdə olan sənət dostlarıma deyirəm. Elin gözü tərəzidir, hər kəs bilir kim nədir. Ən açığım gələn hərəkətdir. Şou biznesdə əksəriyyətinə nifrət edirəm ki, bu cür özlərinə bəraət qazandırmaq istəyirlər. İnsanları da yorurlar. Özünüzü təsdiqləyirsiz ki, mən kiməm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.