Kimsəsiz böyüyən yetim, oğlu ölən nakam ata...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Arif Quliyev vəfat edib.
Milli.Az kult.az-a istinadən gülüş ustası Arif Quliyev haqqında bəzi maraqlı faktları təqdim edir:
Arif Əli oğlu Quliyev 14 may 1950-ci ildə Şirvan şəhərində (Keçmiş Əlibayramlı) anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub.
1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib. İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri təyin edilib.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına, 1993-cü ildə xalq artisti adına layiq görülüb.
Arif Quliyev internatda böyüyüb, hələ bir neçə dəfə müsahibələrində ata-anasını axtardığını da bildirib. Onu hərbi hissəyə yola salmağa kimsəsi olmadığı üçün Mingəçevir Dövlət Dram Teatrının kollektivi yola salıb.
"Mingəçevir işıqları" qəzetində ştatdankənar müxbir kimi də fəaliyyət göstərib.
Sənətçinin gənc oğlu vəfat etmişdi. Müsahibələrinin birində oğlu haqqında bunları demişdi: "Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı". Oğlu Fərid Quliyev qətldə ittiham edilərək, 14 il müddətinə həbs cəzası almışdı.
Arif Quliyevi tamaşaçılar ən çox bu bədii filmlərdən tanıyıb seviblər:
"Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi".
Aktyorun teatr səhnəsində ifa etdiyi "Təzə gəlin", "Gözün aydın", "Qayınana", "Durna", "Gurultulu məhəbbət", "Hicran", "Ev bizim, sirr bizim", "Hambal" tamaşalarındakı obrazları komediya janrında hər zaman yaddaşlarda qalacaq.
Arif Quliyev müsahibələrinin birində məşhur "Oraaa!" - haradı" sualına adəti üzrə, gülərək belə cavablayır:
"Elə hamı məndən soruşur ki, "ora" hara idi? Mən də deyirəm ki, xeyirdimi, mən "ora"nın yerini deyim, siz məndən qabaq gedəsiniz..."
Allah rəhmət eləsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
“Komedixana”nın aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
XƏBƏR LENTİ
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)





