Şou-biznes

Məleykə Əsədovanın səhhətində problem yaranıb - "Ayaq üstə dura bilmirdim"

5 May 2021 17:52
Baxış: 2 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pəhriz saxlamaq Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaradıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, kökəlməmək üçün yeməkdən imtina edibmiş:

"Özümü çox pis hiss etdim. Ürəyimin də təzyiqi aşağı düşmüşdü, 50 idi. Həkimlər müalicələr etdi. Yemək az yeyirdim, kökəlmək istəmirdim. Pəhrizə, idmana meyilliyəm. Çox arıqlamışdım, ayaq üstə dura bilmirdim. Sistemlər, ürəyimə güc verən dərmanlar, iştah artıran vitaminlər içdim. İndi üç-dörd kiloqram kökəlmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.