Şou-biznes

Polina Qaqarinanın səhnədə çiyni çıxdı - VİDEO

28 Aprel 2021 17:44
Baxış: 922
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyalı müğənni Polina Qaqarinanın konsert zamanı səhnədə çiyni çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aldığı zədəyə baxmayaraq ifaçı çıxışını yarımçıq saxlamayıb. Hadisə Çelyabinskdə "Traktor" adlı buzlu arenada baş verib.

Çıxışını başa vurduqdan sonra səhnə arxasına aparılan Polinaya ilk yardım göstərilib. İzləyicilərin əksəriyyəti isə Qaqarinanın başına gələn hadisəyə inanmayıblar. Onlar bunu şounun bir hissəsi hesab ediblər.

İlkin müdaxilədən sonra müğənni səhnəyə qayıdaraq, hadisəni izah etməyə çalışıb. O bildirib ki, konsertdən əvvəl çiyni çıxıb, səhnə şousu zamanı isə hadisə yenidən təkrarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.