Şou-biznes

"Hicabdan əvvəl dəbdəbəli həyat yaşayırdım"

22 Aprel 2021 18:11
Baxış: 1 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xuraman Şuşalı dəbdəbəli həyat tərzindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Birə-bir" proqramında hicab taxmazdan əvvəl həyatının daha bahalı olduğunu söyləyib:

"Hicabdan əvvəlki vaxtlarımda dəbdəbəni çox sevirdim. Özümdən asılı deyildi. Çalışırdım dəbdəbəyə qaçım. Qarderobumda bir ayaqqabım var, ona 5500 manat vermişəm. O vaxt yaxşı qazanırdım, Rusiyada toylara gedirdim. Bakıda hər gün toyum olurdu. Hicab taxandan sonra isə israfı anladım. Düşündüm ki, gərək o pulu bir torpaq sahəsinə verərdim. İndi daha baha qiymətə satardım. Pulu hədər tökmək lazım deyilmiş.

Maşınım var idi, gedib kreditlə daha baha maşın aldım. 120 min manat kreditə girdim. Gecikmələrim oldu. İndi də həmin maşını sürürəm. Dostlarım deyir ki, dəyiş bunu. Pul yoxdur, nəylə dəyişim? İndi məni heç kim məcbur edə bilməz ki, kreditə maşın götürüm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.