Şou-biznes

"Buğlama"nın "Mariya"sı nədən narazıdır? - FOTOlar

17 Aprel 2021 11:44
Baxış: 1 348

"Teatrda fəaliyyətimə 1998-ci ildə İlham Miniatür Teatrında çalışmaqla başlamışam. Bu teatrda işləyə-işləyə Gənc Tamaşaçılar Teatrına təyinat aldım. 2010-cu ildə məni teatrdan çıxardılar. O vaxt mən Fizuli küçəsindəki ünvanda yaşayırdım, qış parkına görə evlərimizi sökürdülər, bizi köçürürdülər. Başım çox qarışıq idi, mən təbii ki, teatr rəhbərliyinə müraciət etmişdim ki, mümkün olduğu qədər məni yeni tamaşalara salmasınlar, köhnə tamaşalarda onsuz da oynayırdım, problem yoxdur. Teatrın çətin günlərində hər zaman yanında olmuşam, amma çox təəssüf ki, mənim çətin günümdə teatr mənə yardımçı olmadı"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva bildirib. Aktrisa bu günki gündə teatrda çalışmaq istədiyini bildirib.

"Əslində bu gün çox istərdim ki, teatrda çalışım.Amma bilirsiz ki, indi pandemiya vaxtıdır. Mübariz Həmidov o vaxt Gənc Tamaşaçılar Teatrının direktoru idi, gəlib müraciət etmişdim ki, teatrda işləmək istəyirəm. Mənə demişdi ki, hələ ki, ştatda yer yoxdur. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla da danışmışam, dedi ki, indi pandemiyadır, pandemiyadan sonra fikirləşərik. Mən belə görürəm ki, son çıxış yolum artıq Mədəniyyət Nazirliyinə gedib, yeni nazirimiz Anar Kərimova müraciət etmək olacaq. Bəlkə bundan sonra mən teatrda çalışa bilərəm "  deyə aktrisa bildirib.
 
Sonaxanım Əliyeva hazırda çəkildiyi "Buğlama" serialından da danışıb.
 
"Artıq 3-cü mövsümdür ki, "Buğlama" serialında çəkilirəm. Mariya elə bir roldur ki, elə bil ki, tam mənim üçün seçilib. Çəkilişlərimiz çox maraqlı, gülməli keçir. Bəzən elə gülməli sözlər işlədirik ki, uğunub gedirik. Keçən dəfə çəkilişdə İlkin Misgərli "beinsaf" sözünü işlətdi, Mariya xanım da guya onu başa düşmür. "Rotuna" sözü də həmişə çox gülüşlə qarşılanır. Rejissorumuz Rövşən Ağayevdir, operativ komandamız var, sürətli iş prossesi gedir. Demək olar ki, hər ay bir bölgəmizdə çəkiliş edirik. Səhərimizi zarafatla, gülüşlə açıb-bağlayırıq. Bilirsiz ki, aktyor Cavanşir Məhərrəmov da Qəmbərqulu usta adı ilə serialımıza daxil olub. Onun da oynadığı obraz çox sevilir" deyə aktrisa bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.