Şou-biznes

Əməkdar artist od püskürdü - Tənqid edirlər ki, kənd dilində danışırsan

13 Aprel 2021 16:09
Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elnarə Abdullayevanı danışıq tərzinə görə tənqid ediblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, yaxınları belə onu danışığına görə qınayırlar:

"Hətta öz yaxınlarım da qınayır ki, dilini dəyiş. Nə vaxt kənd dilindən çıxacaqsan? Danışıram da, "j, h,p" demirəm ki... Olanı danışıram, kənddə necəyəmsə, eləyəm. Danışıq tərzimdir, dəyişə bilmərəm".

E.Abdullayeva bildirib ki, şou-biznesdə çoxlarının sirrini bilir:

"Fəxr edirəm ki, söz saxlaya bilirəm. Onların özündən söz çıxmasa, məndən çıxmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.