Şou-biznes

Mənzurəyə efirdə elçi gəldi - KİŞİ EFİRƏ ÇIXDI: "Yox desə, qaçıracağam" - VİDEO

13 Aprel 2021 13:34
Baxış: 4 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mənzurə Musayeva "Heç vaxt heç yerdə" verilişinin qonağı olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, efirdə Rasim adlı bir bəy ifaçıya elçi düşüb. O, bildirib ki, fikri ciddidir:

"Həyat yoldaşım dünyasını dəyişib. Üç övladım var. Qızım ərə getdi. İndi balaca oğlumla qalıram. Övladlarım da Mənzurə xanımı qəbul edir. Balalarımın canı, Allaha and olsun fikrimdə ciddiyəm. Mənə nə olub ki? Məndən artıq oğlana ərə gedəcək? Mənzurə xanım istəsə bizim, ya da onun evində qala bilərik. Fərqi yoxdur. Bəlkə sabah Mənzurə xanımla verilişdən sonra bir çay içək, bir-birimizi yaxından tanıyaq. İstərdim ki, o, mənim həyat yoldaşım olsun. Razı olmasa, qaçırdacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.