Şou-biznes

"Qardaşım çox yeməkdən vəfat edib"

8 Aprel 2021 13:54
Baxış: 1 356

Aktyor Erdal Özyağcılar maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-aistinadən bildirir ki, aparıcı Armağan Çağlayanın "Youtube" proqramına qonaq olan  aktyor şəxsi həyatı ilə bağlı səmimi etiraflar verib. Bursada varlı ailədə dünyaya gələn Özyağcılar, yetkinlik yaşına çatana qədər yoxsulluq içində böyüməli olduğunu açıqlayıb:

"Məndən əvvəl bir qardaşım dünyaya gəlib. O, yaraşıqlı, eyni zamanda da çox yeyən olub. Deyilənlərə görə hədsiz çox yemək yeyirmiş. Bu səbəbdən də 11 aylıq olarkən vəfat edib. Qardaşımın dünyasını dəyişməsi ailəm üçün ağır travma olub. Daha sonra mən doğulmuşam. Varlı ailənin oğlu olduğum halda, yoxluq içində böyümüşəm. Ailəm mənim də öləcəyimdən qorxub və çox az, sadəcə həyatda qala bilmək üçün yemək veriblər. Yeməkdən doymayanda isə aclığım keçsin deyə çoxlu albalı yeyirdim".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.