Milli.Az Trend Life-a istinadən xəbər verir ki, burada o, müğənni Elton Hüseynəliyevlə birgə layihə hazırlayacaq. Onların rus dilində ifa edəcəkləri "Bez tebya" mahnısına klip çəkiləcək və o, Rusiya, Belarus və Azərbaycan telekanallarında nümayiş etdiriləcək.
Rusiyalı ifaçı Bakını, xüsusilə buradakı memarlıq binalarını çox bəyəndiyini söyləyib. O, layihələrinin uğur qazanacağına ümid etdiyini bildirib.