Şou-biznes

"Kişilərə həyatımızda o qədər dəyər veririk özlərini sahibimiz sanırlar"

24 Mart 2021 13:00
Baxış: 2 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişilərə həyatımızda o qədər böyük rol, dəyər veririk ki, gün keçdikcə özlərini sahibimiz sanırlar.

MilliAz axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yazıb. Sənətçi sevgilisi tərəfindən öldürülən 2002-ci il təvəllüdlü Pərvin Musayevanın görüntüsünü yayımlayıb. Abıyeva eyni zamanda ötən gün qızına zəhərli iynə vuraraq öldürən ata ilə bağlı bunları qeyd edib:

"Feminist deyiləm, amma bu qətilləri gördükcə, onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz.

Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir? Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox üsul var. Ölüm çıxış yolu deyil".

Xatırladaq ki, Bakıda 62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.