Şou-biznes

Zamiq Röyadan sonra onu seçdi - FOTOlar

13 Mart 2021 11:49
Baxış: 2 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Zamiq Hüseynov ilə "Sivva"nın uzun zamandır hazırladığı "Dedilər"i təqdim olunub. 

Milli.Az bildirir ki, bu günə kimi xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiqin bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub. Bəstənin söz və musiqisi Sevinc xanımın özünə, aranjimanı Samir Şirinova, mix-masteri isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub. 70-80-ci illərin ab-havası yaradılan ekran işində cütlüyün tərzi, xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub. Zamiqin obrazı "truba" ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb. Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını Xalq Artisti Nübar Novruzova oynayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.