Şou-biznes

Evində partlayış olan aktyordan XƏBƏR VAR

12 Mart 2021 10:29
Baxış: 3 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, evində partlayış olan və yanıq xəsarəti alan ənətçinin səhhəti getdikcə yaxşılaşır. Bu haqda teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmova feysbukda yazıb.

Onun sözlərinə görə, C.Telmanın səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından o, qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək.

Qeyd edək ki, bir neçə həftə əvvəl mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan aktyor 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.