Şou-biznes

"Rusiyadan qazandığım pullarla 48 min borcumu ödədim"

10 Mart 2021 11:54
Baxış: 2 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada konsert verdiyim üçün hamı məni qınadı. Amma şəhidlərin 40-ı çıxandan sonra getdim. Qonorar qarşılığında 5 konsert təklifi aldım və razılaşdım.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Günə bir şou" proqramına qonaq olarkən deyib. Sənətçi Rusiyadan qazandığı məbləği açıqlayıb:

"Rusiyada 17 konsert və 2 el şənliyində oxudum. Bir konsertdən 4 min dollar aldım. Amma elə vaxt olub ki, Rusiyaya biletpulundan əlavə 6-7 min dollara gedirdim. Digər yerlərdən də təklif gəldi, amma qəbul etmədim.

Banka borcum var idi. Avtomobilimin kreditini bağladım. Banka 48 min manat ödədim. İstəyir həyatımda Həci olsun, istəyir olmasın, bu mənim sənətimdir.

Düzdür, qonorarda bir az endirim etdim. Pandemiyanı, insanların durumunu nəzərə aldım. Amma çox da ucuz dəvətləri qəbul etmədim. Xəyyam Nisanov mənə zəng etdi ki, qiyməti çox ucuzlaşdırma, sabah səni el şənliklərinə Bakıdan gələn dostumuz kimi təqdim edə bilək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.