Şou-biznes

Azərbaycanın şou-biznes əhli bir arada - FOTOSESSİYA

23 Yanvar 2012 16:01
0 Şərh     Baxış: 4 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az-ın məlumatına görə, mərasim olduqca maraqlı anlarla yadda qalıb. Şou-biznesin çoxluq təşkil etdiyi gecənin aparıcısı, elə verilişin teleaparıcısı olan Elvira İsmayılova idi.

Gecədə xalq artisti Flora Kərimova, əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Rəqsanə İsmayılova, Zarina, Elnur Məmmədov, Azad Şabanov, Elçin Cəfərov, Rövşən Çivişov, Sevinc Ağaşirinova, Ceyla, Çingiz Mustafayev kimi tanınmışlar iştirak edirdi.

Ad günü tədbirinin əvvəlli darıxdırıcı olsa da, sonu əsl vur-çatlasın oldu. Gələn qonaqlardan çox, verilişin yaradıcı kollektivi əylənirdi.

Mərasimin ən maraqlı məqamı isə verilişin köhnə aparıcısı olan İlkin Həsəninin gəlişindən sonra yaşandı.

Elvira çıxışı zamanı qeyd etdi ki, gəzən şaiyələrə əsaslansa, onlar İlkinlə düşmən münasibətlərindədirlər. Əlinə mikrofon alan İlkin isə zarafatyana olsa belə, Elviranın sözlərini təsdiq etdi: "Düşmənik də".

Ancaq ən maraqlısı hələ qabaqda idi. Məlum oldu ki, mərasim başlayandan, hər kəs verilişin 9 yaşını qeyd etməklə yanlışlığa yol verib. 2001-ci ildən efirə çıxan "ATV-Maqazin"-nin 11 yaşı tamam olurdu. Bu "sirri" isə İlkin açdı: "Bu veriliş mənim üçün çox əzizdir. İllərimi məhz bu verilişə həsr etmişəm. Amma kim deyir ki, "ATV-maqazin"in 9 yaşı tamam olur? Demək, 2001-ci ildən efirə yayımlanan veriliş 2012-ci ildə 9 yaşını qeyd edir, maraqlıdır!", - deyən İlkin emosiyalarını cilovladı.

Gecə sona çatandan sonra isə verilişin rejissoru Aynurə Tahirqızı, redaktoru Günay Firudinqızı, montajyoru Rüstəm İsmayılov, aparıcısı Elvira İsmayılova, müxbirlər Nərgiz Əliyeva Vüqar Kamiloğlu bir masada əyləşərək, uzun illik xatirələrini bölüşürdülər.

Türkan Məmmədli
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







































































































































































































Foto: Türkan Məmmədli
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.