“O görüntüləri özümün də, işçilərin də telefonundan sildim”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pandemiyanın mənfi təsirlərindən birincisi odur ki, ruh düşkünlüyü yaradıb. Hər şey o qədər maraqsız olub ki... Yaddaşımızda belə problem yaranıb. Mənə ən böyük mənfi təsiri belədir. Normal həyat rejimində deyilik.
Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Könül Kərimova deyib. Müğənni pandemiyanın ortaya çıxardığı çətinliklərdən danışarkən bildirib ki, əvvəldən özünə yaman gün üçün ehtiyat yığıb:
"Heç vaxt "Bu gün var, sabah Allah kərimdir" deyimi ilə yaşamamışam. Anam deyir, sən ağıllı imişsən. Bu vəziyyət kimin ağıllı olub-olmadığını, kimin isə uzaqgörən olduğunu ortaya çıxartdı. Hər bir insanda uzaqgörənlik olmalıdır. Uşaq yaşlarımdan belə olmuşam. Əlimi nəyəsə uzadıb istəyəndə soruşurdum ki, "Bundan yenə var?". Düşünmüşəm ki, kiminsə də ürəyi çəkər, bitdiyini görməsin. Bugünkü iş prinsipimə həmişə sabahımı, hətta o biri günümü düşünərək yanaşmışam. Bu hər zaman belə olub. Yəni heç vaxt ehtiyatımı əldən verməmişəm. Əgər belə olmasaydı, həyatımı narahatlıq içində keçirərdim.
Maddi vəziyyətimiz çətin, yaxud da orta olan vaxtlarda belə bu xasiyyət məndə olub və çox kömək edib. Əlavə biznesim yoxdur. Olsa belə nə faydası var? Onsuz da bir çox iş yerləri bağlandı".
Müğənni pandemiya dövründə evini, maşınını satan şou-biznes nümayəndələri ilə bağlı isə bunları deyib:
"Müğənnilər, ya da musiqiçilər ən azından nəyisə tapıb sata bildi. Onlar üçün bu vəziyyətdən bir çıxış yolu oldu. Hər bir müğənni də bu yolu tapdı və hər zaman da tapacaq. Fikrimcə, pandemiya ən çox gündəlik çörək pulunu qazanan insanlara mənfi təsir etdi. Etdiklərimi reklam etməyi, insanları əzməyi sevmirəm. Onsuz camaat sıxılıb, əzilib. Mən də əvvəl bir neçə evə yardıma getdim, köməkçilərim bu prosesi çəkdilər. Hiss etdim ki, ev sahibləri sıxıldılar. Uşaq kimi ağlayırdım. Çəkməyə imkan vermədim, işçilərin də, özümün də telefonumdan həmin görüntüləri sildim. Onsuz insan sıxılıb, ona ikinci zərbə vurmaq olmaz. İndiyənə kimi əl tutduğum ailələr var. Başqa ölkələrdən fərqli olaraq, biz daha çox sarsıldıq. Müharibə apardıq, itkilərimiz oldu. Anaların naləsi qulağımızdan getmir. Şükür, torpaqlarımız alındı, o sevinci də yaşadıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
XƏBƏR LENTİ
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas





