Şou-biznes

"Bunu etmək mənə yaraşmaz" - Aygün Kazımovanın qızı

29 Yanvar 2021 13:07
Baxış: 3 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aygün Kazımovanın qızı olmağın müsbət təsiri olduğu qədər, mənfi yanları da var: istəyirsən hamı kimi dincələsən, marketə gedəsən ki, səni heç kim tanımasın. İndi maska bir az məni sevindirir. Bir tərəfdən onu taxanda tanımırlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova "Xəzər" telekanlında yayımlanan "Səhər mərkəzi" proqramında deyib. İfaçı anasından, sənətindən danışıb.

İlqarə efirlərə çıxmamasının səbəblərini açıqlayıb:

"Əlimdə material olmadan heç vaxt efirə çıxmaram. İnsanların qarşısına çıxmaq mənim üçün məsuliyyətdir. Bəziləri kimi yalandan bütün günü efirdə olmaq mənə yaraşmaz. İzləyicilərimə hörmət edirəm, onların mənim haqda düşüncəsi önəmlidir".

İlqarə ən böyük arzusundan da bəhs edib. O bildirib, ən böyük istəyi Xalq artisti Eyyub Yaqubovla duet oxumuqdur.

Müğənni anasının "Bu qadın" yeni ekran işindən bəhs edib. İfaçı klipi izləyəndə ağladığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.