Tünzalə Ağayeva TƏBİB-ə müraciət etdi: “Gəlir yox dərəcəsindədir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın xalq artisti Tünzalə Ağayeva TƏBİB-ə açıq müraciət edib.
Milli.Az pravda.az-a istinadla xalq artistinin sosial media vasitəsi ilə etdiyi müraciəti təqdim edir:
"Hörmətli TƏBİB bütün pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm.
Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət, İncəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!
Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir.
Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər.
Musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir. Əksər insanlar tərəfindən Azərbaycan tanınmışları haqqında olduqca yanlış bir təsəvvür var.
Baxın başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir - albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurların qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da yoxdur.
Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən 100% durğunluq içindədir. Bu vəziyyət musiqi Mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlqarə necə arıqladığını açıqladı
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
XƏBƏR LENTİ
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)





