Şou-biznes

Manana ailəsi ilə FOTOsunu paylaşdı

1 Yanvar 2021 13:07
Baxış: 2 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"2020-ci il bütün dünya tərəfindən çətinlikləri, böyük ağrıları, göz yaşları ilə yadda qalacaq. Mənim Azərbaycanım bu ildə ikiqat əziyyətə qatlandı".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Manana sosial şəbəkədə yazıb. Ailəsi ilə birlikdə fotosunu yayımlayan müğənni bunlarə əlavə edib:

"Bu mürəkkəblik bütün dünyada yaşayan Azərbaycan xalqını dəmir yumuruq kimi bir yerə topladı. Pisliyi fəth edən bu birlik oldu! Hörmətli Ali Baş Komandanın rəhbərliyi ilə cəsarətli Azərbaycan əsgərləri yeni bir tarix yazdılar. Şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad edəcəyik, yaralı əsgərlərimiz üçün şəfa diləyəcəyik. Azərbaycan xalqı dünyaya sübut etdi ki, vətəndən daha qiymətli heç bir şey yoxdur".

Sənətçinin şəklində həyat yoldaşı Georgi, oğlu Davit və qızı Elizabet yer alıblar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.