Şou-biznes

Müğənni Xəyyam Nisanov ağır uşaqlıq illərindən danışdı

13 Yanvar 2012 11:17
1 Şərh     Baxış: 10 284
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, o, bunu yerli telekanallardan birinə açıqlamasında bildirib. "Atamı 11 yaşımda itirmişəm. Çox çətin idi. Amma çətinliklərin öhdəsindən gəldim. Həyat davam edir və biz güclü olmalıyıq. Atam musiqiçi olub. Ona görə də həyatımı musiqiyə həsr etdim", - deyə Xəyyam bildirib.

İfaçının sözlərinə görə, uşaqlıqda o, qoşanağarada ifa etməyi öyrənərək "Cücələrim" ansamblında çıxış edib: "Yaşıdlarım əylənən zaman mən musiqi dərslərinə gedirdim. Buna təəssüflənmirəm. Çünki zəhmətim hesabına çox şeyə nail olmuşam".

X.Nisanov şəxsi həyatı haqda danışmaqdan imtina edib. Bununla yanaşı, o, şəxsi həyatında hər hansı dəyişikliyin olacağı təqdirdə bu haqda məlumat verəcəyini söyləyib: "Hələ ki, sevdiyim qız yoxdur. Amma hamı kimi mən də ailə qurmağı planlaşdırıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.