Şou-biznes

"İki ay yatmamışam, gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim"

26 Noyabr 2020 17:24
Baxış: 2 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şuşanı görməyi çox istəyirəm. İki ay ərzində demək olar ki, yatmamışam. Gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli "MTV Azərbaycan"da qonaq olarkən deyib. Əslən Füzulidən olan sənətçi yurdunun işğaldan azad edilməsindən söz açıb. Günay bildirib ki, evlərinə qayıdanda dostlarına qonaqlıq verəcək:

"O qədər qonaqlıq söz verdiyim dostlar var ki... Sayını da itirmişəm. Təki hamı qonaqlıq istəsin. Atam da, anam da Füzulidəndir. Oranın azad edildiyi açıqlananda anam deyir, evin sənədləri durur. Deyirəm, vəhşi ermənilər oranı nə günə qoyublar, hələ gözlə. Ora düzəngahlıqdır, amma anam deyir gedib taparam". 

Sənətçi vətənpərvərlik mövzusunda klip çəkdirən həmkarlarını da tənqid edib:

"Gözəl işlər ortaya qoydular. Amma çox pis formada təqdim edilən də oldu. Sakit dayansaydılar, elə bərbat iş təqdim etməsəydilər daha yaxşı olardı. Heç gözəl görünmürdülər, biabırçılıq idi".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.