Şou-biznes

İzzətdən ARB-dən Xəzər-ə keçməsi xəbərinə münasibət

31 Avqust 2020 18:59
Baxış: 3 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni İzzət Bağırovun rol aldığı ARB TV-də yayımlanan "Atılmışlar" seralı final edib. İfaçı son günlər "Xəzər TV"dəki paylaşımları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən İzzət bildirib ki, uzun müddət serialda çəkilməyi düşünmür. O, ARB-dən Xəzər-ə keçməsi xəbərlərinə münasibət bildirib:

"Bu, Müşviq Şahverdiyevlə Ənvər Abbasovun birgə layihəsidir. Mən də verilişin bir bölümündə yer almışam. Serial təklifləri çox alıram. Amma hələ bu haqda düşünmürəm. Çünki rejissorlara çətin anlar yaşadıram.

İşlərimin çoxluğundan çəkilişlərə vaxtlı-vaxtında getmirəm. Çəkiliş heyətinə problem yaradıram. Düzdür, indi pandemiyadır, toy, şou-proqram yoxdur. Amma yenidən başlayacaq.

"Atılmışlar" çəkiləndə çətinliklər yaşayırdım. Bütün heyətin çəkilişi mənə görə düzüb-qoşulurdu. Film çəkmək asandır,serial isə çətin. Ona görə də serial işinə ara verdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.