Şou-biznes

"O şeirə görə ev, maşın aldım" - Mikayıl

10 Avqust 2020 17:16
Baxış: 7 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Mikayıl Güləddinoğlu "5/5" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Space" telekanalında yayımlanan "Sevimli şou" proqramından bəhs edib. O bildirib ki, layihənin ilk buraxılışında qonağı Xalq artisti Aygün Kazımova olsa da, hazırda onun dəvətini qəbul etmir:

"2011-ci ilin sentyabrında Aygün xanımla açılış etdik. İndi onlar bizim verilişə gəlmirlər. Üç-dörd müğənni var ki, "Sevimli şou" ilə tanınıb, ondan sonra ad aldılar. Amma deyirlər ki, gəlmirik. Fəxri adı olan bir müğənniyə yaxınlaşdım ki, qonaq gəl. Qayıtdı ki, başqa aparıcılar deyir, onun proqramına getsən, bizə gəlmə. Başqa bir ifaçı da eyni sözü deyib. Niyə? Adamyeyən var mənim verilişimdə?"

Mikayıl bildirib ki, proqramın formatını dəyişəndə sponsorlar ondan imtina edib:

"İki il dəyişdim. Reytinq oldu 0,72. Sponsorlar getdi. Həmin ərəfədə Cahangir Cahangirov, Fikrət Əmirov musiqiləri səsləndirdim. Verilişdə Mixail Şoloxovdan, Rabindranat Taqor, Qabriel Qarsiya Markes danışa bilərəm. Amma tamaşaçı üçün maraqsızdır. Əgər tələb edilən budursa, niyə reytinqim düşdü? Efirdə "daraq-duraq" edəndə 9 sponsorum var idi, reytinq qalxırdı hara. Yaxşı musiqi təqdim edəndə sponsorlar getdilər".

"Mən anamı sevgilimə dəyişmərəm" şeiri ilə səs-küy yaradan Mikayıl onun hesabına çox pul qazandığını etiraf edib:

"Ramiz Rövşən, Rüstəm Behrudidən, Məhəmməd Füzuli, Musa Yaqubdan şeir dedim. Tamaşaçının yadında qalmadı. Cahangir Nurinin "Mən anamı sevgilimə dəyişmərəm"i bir dəfə efirdə dedim. Ondan sonra el şənliklərində bir adam məndən ondan başqa nəsə istəmədi. Tamaşaçıya o qədər şirin gəldi ki, o şeirlə ev də, maşın da aldım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.