Şou-biznes

Manana 5 ay sonra övladlarının yanına getdi

7 Avqust 2020 16:13
Baxış: 4 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Manana Caparidze 5 ay sonra övladlarının yanına gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bir müddət əvvəl pandemiya ərəfəsində ailəsinin gürcüstanda olduğunu, onları görə bilmədiyini söyləmişdi.

Uşaqları ilə görüşdüyü anı izləyiciləri ilə bölüşən Manana "5 aydır görüşmədiyim ailəmlə görüşümüzdən videonu sizinlə bölüşürəm. Bilirəm ki, çoxunuz uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Bütün tanıdığım və tanımadığım, mənə görə narahat olan, mənəvi dəstək verən gözəl insanlara təşəkkür etmək istəyirəm. Arzu edirəm ki, heç bir halda heç kəs öz ailəsi və övladlarıyla ayrılıq yaşamasın, hamı birlikdə salamat və xoşbəxt olsun" sözlərini qeyd edib.

Qeyd edək ki, Georgi adlı şəxslə ailəli olan müğənninin iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.