Şou-biznes

"Deyirlər, onu milyonlar görürsə, mənim ailəmə layiq deyil"

4 Avqust 2020 14:03
Baxış: 3 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, şəxsi həyatla bağlı sualları cavablandırıb. Afaq bildirib ki, efirə çıxan bir xanımın ailə qurması çətindir:

"Televiziya qədirbilməz sahədir. Yaxşılıq tez unudulur. Əgər aparıcısansa, şöhrətin də olacaq. Bu aləmin puluna varmamışam. Beş il maaş almadan işləmişəm. Bundan şərəf duyuram, Azərbaycan Dövlət Televiziyasında çalışmaq fəxrdir.

Peşəmi nə qədər sevsəm də, çox şeyi itirmişəm. Peşəmə görə xoşbəxtliyimin bir tərəfin itirmişəm, böhtanlara məruz qalmışam. Aparıcıların hamısından soruş, bunu deyəcəklər. Bu qadınların həyatları uğurlu deyil. "Onu milyonlar görürsə, mənim ailəmə layiq deyil" deyirlər. Hələ də bu fikirlə yaşayanlar var.

Həyatda şanslı qadın olmaq lazımdır. Kaş kifir olardım, amma o qədər şanslı və xoşbəxt olardım ki...

Mən də böyük sevgi yaşamışam.. Qovuşmursansa, bu da böyük sevgidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.