Şou-biznes

"Mənə də elçi gələn olur, gül kimi qızam" - Afaq Gəncəli

31 İyul 2020 18:24
Baxış: 4 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Afaq Gəncəli aktyor Elşən Orucovun "Fəlidən doğru xəbər" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Fəlakət"in suallarını cavablandırıb. Gəncəli "Sənə heç elçi düşən olur?" sualına "Niyə olmur, gül kimi qızam" cavabını verib.

Müğənnilərdən bəhs edən Afaq "Onların çoxunu "qara siyahıya" atmışam. Çox az müğənni ilə münasibətim yoxdur" deyə, bildirib.

Aparıcı bildirib ki, televiziyada işləməsəydi dizayner, vizajist olardı?

"Əlimdən hər iş gəlir. Yaxşı yemək bişirirəm, makiyaj edirəm, dizaynerliyi də bacarıram". 

"Qadın nə istəyir" sualına isə Afaq "Qadın romantika, sevgi və pul istəyir" reaksiyasını verib.

O, telefonda ən çox İnstaqram və TikTok-a baxdığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.