Şou-biznes

Pərviz niyə Bakıya qayıtmır?

29 İyun 2020 19:24
Baxış: 3 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çəkilişləri Dominikanda aparılan "Survivor" yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev hələ də Türkiyədədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, idmançı yarışmanın finalına qədər Bakıya qayıtmayacağını deyib. Bu haqda Pərviz idmançı Kamil Zeynallının paylaşdığı videoda bildirib.

"İstanbuldayam, iyulun 13-14-də finaldır. Onu gözləyirəm. Ondan sonra Bakıya qayıdacam" deyə, P.Abdullayev söyləyib.

İdmançı gələn il yarışmaya yenə qatılacağını söyləyib.

Qeyd edək ki, Pərviz Acun Ilıcalının "Survivor" layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Ötən ay isə Pərviz İstanbula gəlib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.