Şou-biznes

Röya ilə Günayın hovuzdakı bənzər FOTOSESSİYASI

21 İyun 2020 15:44
15 Şərh     Baxış: 4 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxanın sosial mediada paylaşdığı fotolarla bağlı müzakirələr və söz-söhbətlər bitmir ki, bitmir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sənətçinin hovuzda çəkdirdiyi bir-birindən iddialı, seksual şəkillərinin və qlamur obrazının təkrar olduğu üzə çıxıb.

 

Sosial media əhli Röyanın şəkillərinin sənət yoldaşı Günay İbrahimlinin ötən yay nümayiş etdirdiyi fotosessiyası ilə müqayisə edərək, obraz və stil baxımından oxşarlıq təşkil etdiyini yazıblar.

Diqqət çəkən məqam isə hər iki ulduzun fotosessiyasının müəllifinin peşəkar fotoqraf Fərhad Əlinin olmasıdır.

Beləcə, Xalq artisti R.Ayxanın adı daha bir imic oxşarlığında hallanıb. 

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev qarşı tərəfi (Natavan Həbibi - red.) ideya oğurluğunda ittiham edib, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb. 

Həmin ərəfədə digər müğənni Səidə Sultan isə arxiv fotolarını gün üzünə çıxararaq, həmkarını, eləcə də A.Ağakişiyevi imic oğurluğunda günahlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.