Şou-biznes

"Öz uşağım olsaydı onu yaxşı döyərdim" - Mənzurə Musayeva

21 May 2020 20:24
3 Şərh     Baxış: 2 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Öz uşağım olsaydı onu yaxşı döyərdim. Saxladığım qızı bir dəfə vurmuşam, onda da peşman olmuşam".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "5/5" verilişində deyib. Sənətçi həmkarı Roza Zərgərlinin övladlığa uşaq götürməsindən bəhs edib.

Qardaşı qızını övladlığa götürən Mənzurə ana ola bilməməsindən danışarkən ağlayıb:

"Roza bizdən fərqli olaraq doğma övlad dadını bilir. Bilir ki, bala necə olur. Mən bala dadı bilmirəm. Elə düşünürəm ki, elə övladlığa götürdüyüm uşaq kimi olur. İstəyəndə onu ürəklə də döyür.

Qəlbimdə qalan yeganə arzum övlad sahibi olmaqdır. Övlad qoxusu nədir bilmirəm. Qızımın toyunda ağlayırdım. Deyirdim, görəsən, bütün analar belə hiss keçirir. Bilmirəm, həyatım getdi (ağlayır)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.