Şou-biznes

Əməkdar artistdən Röyanın imic qalmaqalına sərt reaksiya: Allah onların cəzasını versin...

17 May 2020 15:34
3 Şərh     Baxış: 7 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Röyanı çox bəyənirəm. İstəməzdim ki, Natavan, Səidə və Röyanın arasında belə cılız məsələlərə görə qalmaqal yaşansın. Qızların arasına girib, zəhər toxumlarını səpən insanların da Allah cəzasını və payını versin!"

Milli.Az bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova Oxu.az-ın əməkdaşı ilə söhbətində deyib.

Dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevə məxsus Röyanın yeni imici həmkarları Səidə Sultan ilə Natavan Həbibi tərəfindən birmənalı qarşılanmayıb. Onlar Xalq artistinin yeni görünüşünü başına qaxınc edərək, sosial mediada sərt fikirlərini bölüşüblər.

Üç sənətçi arasında alovlanan qalmaqallı məsələyə Əməkdar artist bu fikirləri ilə su səpib:

"Röya, Natavan və Səidə Azərbaycan estradasının sevilən sənətçiləridir. Heç biri bir yerdə oturmağı sevmir. Davamlı şəkildə öz üzərilərində çalışırlar. İnanın ki, onların qalmaqalına şahidlik edəndə ürəyim ağrıdı.

Röya canını səhnəyə qoyur. Fotosessiyasını da bəyəndim. Amma fotosessiyadan paylaşdığı ilk şəkli daha çox xoşuma gəldi. Hətta o fotonun altına "Səni yanmayasan" (gülür) sözlərini yazdım. Röya çılğındır, dəlisovdur. Səhnə obrazı da bənzərsizdir".

Röyanın qalmaqallı və açıq-saçıq fotosessiyasından edə bilməyəcəyini deyən L.Məmmədova mövzu ilə bağlı fikirlərini bu cür tamamlayıb:

"Fotosessiya edən insan repertuarını, səhnə tərzini və obrazını ortalığa çıxarır. Dünya ulduzları Cennifer Lopez və ya Rihanna kimi fotosessiya etsəm, kənardan səmimi görünməyəcəyəm, düzgün alınmayacaq, inandırıcı olmayacaq. Çünki oxuduğum mahnılar və həyat tərzim onlarla uyğunluq təşkil etmir. Röyanın təqdim etdiyi açıq-saçıq fotosessiyadan edə bilmərəm. Tərzlərimiz, seçimlərimiz başqadır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.